Paulaner Bakudan salamlar!
Paulaner Baku — Alman mətbəxinin orijinal dadlarını və pivə istehsal ənənələrini bir araya gətirən restoran və kiçik pivə zavodudur. Burada Alman üslubunda tərtib olunmuş interyer, Bavariya mətbəxinin ən sevilən yeməkləri və unikal pivə növləri ilə tanış ola bilərsiniz.
Pivə istehsalında yalnız yüksək keyfiyyətli inqrediyentlərdən istifadə olunur. Bu keyfiyyəti hər qədəhdə hiss edəcəksiniz.
Ailəniz və dostlarınızla bir araya gəlib ləzzətli yeməklərin, canlı musiqinin və orijinal Alman atmosferinin zövqünü Paulaner Bakuda yaşaya bilərsiniz.
Paulaner Baku həmçinin xüsusi tədbirlər üçün nəzərdə tutulmuş geniş və rahat Event Hall təqdim edir — korporativ görüşlərinizi, tədbirlərinizi burada rahatlıqla keçirə bilərsiniz.
Bizimlə hər anınız xüsusi olsun!